...

"Şarl de Qoll" təyyarədaşıyan gəmisində 700-ə yaxın dənizçi koronavirusa yoluxub

Dünya xəbərləri Materials 16 Aprel 2020 03:23 (UTC +04:00)

Bakı. Trend:

"Şarl de Qoll" təyyarədaşıyan gəmisində 668 dənizçi koronavirusa yoluxub.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilir ki, ümumilikdə gəmidə 1767 dənizçi koronavirusun müəyyənləşdirilməsi üzrə testdən keçib.

Koronavirusun təsdiq edildiyi 31 dənizçi Tulonda yerləşən hərbi hospitala yerləşdirilb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti