...

Türkiyədə son sutka ərzində koronavirusdan 126 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Aprel 2020 23:11 (UTC +04:00)
Türkiyədə son 24 saat ərzində daha 126 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib
Türkiyədə son sutka ərzində koronavirusdan 126 nəfər ölüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 126 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1769 nəfərə çatıb.

Ölkədə 4 353 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 78 546 nəfərə çatıb.

Onun sözlərinə görə, ötən sutka ərzində 1542 nəfər sağalıb, sağalanların ümumi sayı 8631 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti