Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 121 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1890 nəfərə çatıb.
Ölkədə 3 783 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 82 329 nəfərə çatıb.
Onun sözlərinə görə, ötən sutka ərzində 1 822 nəfər sağalıb, sağalanların ümumi sayı 10 453 nəfər təşkil edir.