...

Hindistanda turistlər koronavirusa görə bir ay mağarada qaldı

Dünya xəbərləri Materials 20 Aprel 2020 15:44 (UTC +04:00)
Hindistanda turistlər koronavirusa görə bir ay mağarada qaldı

Bakı. Trend:

Hindistanda koronavirus pandemiyası ilə əlaqədar aviaəlaqənin kəsilməsinə görə 6 əcnəbi turist bir aya yaxın mağarada qalıb.

Trend-in məlumatına görə, Fransa, ABŞ, Ukrayna, Türkiyə və Nepaldan olan turistlər Rişikeşe şəhəri yaxınlığında mağarada gecələyib.

Onlar bu addımlarını pullarının azalması ilə izah ediblər.

Polis turistləri aşkar etdikdən sonra 14 günlük karantinə yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti