...

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 19 hərbçi həlak olub

Dünya xəbərləri Materials 22 Aprel 2020 10:49 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanda “Taliban” silahlıları ilə ordu qüvvələri arasında bir neçə bölgədə toqquşmalar qeydə alınıb.

Trend-in məlumatına görə, toqquşmalar nəticəsində azı 19 hərbçi həlak olub.

Onlardan 11 hərbçi ölkənin şimalındakı Sari-Pul əyalətində həlak olub. Daha 8 nəfər isə Loqar əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum zamanı həyatını itirib.

Bundan başqa, Qəndəhar əyalətində üç ayrı bölgədə “Taliban”ın hücumlarının qarşısı alınıb. Ümumilikdə 31 silahlı zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti