...

Nyu York zooparkında heyvanlar koronavirusa yoluxub

Dünya xəbərləri Materials 23 Aprel 2020 13:07 (UTC +04:00)
Nyu York şəhərində Bronks rayonunda yerləşən zooparkda 4 pələng və 3 şir koronavirusa yoluxub
Nyu York zooparkında heyvanlar koronavirusa yoluxub

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində, Bronks rayonunda yerləşən zooparkda 4 pələng və 3 şir koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə zoopark rəhbərliyi bildirib.

Bununla da zooparkda 8 heyvanda virus qeydə alınıb. Aprelin əvvəlində dişi pələngin virusa yoluxduğu məlum olmuşdu.

Rəhbərliyin sözlərinə görə, heyvanlar özlərini yaxşı hiss edir.

Bronks zooparkı koronavirusla əlaqədar martın 16-dan etibarən bağlıdır. Orada yalnız onlayn rejimdə turlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti