...

Dünyada koronavirusa yoluxanların sayı 2,7 milyonu ötüb

Dünya xəbərləri Materials 24 Aprel 2020 04:44 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 2,7 milyonu ötüb

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa yoluxanların ümumi sayı 2 708 590 nəfərə çatıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Bildirilir ki, son sutka ərzində koronavirusa 80 960 yoluxma halı, 7 154 ölüm halı qeydə alınıb. Dünyada koronavirusdan ölənlərin ümumi sayı 190 490 nəfərə çatıb.

Məlumata əsasən, 737 mindən artıq insan kornavirusdan sağalıb.

Ölkələr üzrə hesabatda bildirilir ki, ən çox yoluxma halları ABŞ-da - 873 137 (49 759 ölüm halı), İspaniyada - 213 024 (22 157), İtaliyada - 189 973 (25 549), Fransada - 159 460 (21 856), Almaniyada - 151 784 (5 404), Böyük Britaniyada - 139 246 (18 738), Türkiyədə - 101 790 (2 491) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti