...

Texasda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 24 Aprel 2020 07:57 (UTC +04:00)
Texasda yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-ın Texas ştatında "Pilatus PC-12/77" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, təyyarə Dallas şəhərinin hava limanından havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

Bildirilir ki, pilot təyyarə havaya qalxdıqdan sonra mühərrikdə problemin olduğu barədə xəbər verib. O qəza enişi etməyə çalışıb, lakin nəticədə yanğın başlayıb.

Məlumata əsasən, pilot xəstəxanaya yerləşdirilib, digər xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti