...

Almaniyada koronavirusa yoluxanların sayı 163 mini ötüb

Dünya xəbərləri Materials 5 May 2020 07:55 (UTC +04:00)
Almaniyada koronavirusa yoluxanların sayı 163 mini ötüb

Bakı. Trend:

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 163 860-a yüksəlib.

Trend-in məlumata görə, bu barədə Robert Koh institutundan xəbər verilib.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 831 nəfərə çatıb. Sutka ərzində COVİD-19 virusuna yoluxanların sayı 685, dünyasını dəyişənlərin sayı isə 139 nəfər təşkil edib.

Epidemiyanın başlanmasından Almaniyada koronavirusdan sağalanların sayı 135 mini keçib.

Ən çox yoluxma halları ölkənin Bavariya - 43 162 nəfər, Şimali Vestfaliyada - 33 728 nəfər və 32 482 nəfərlə Baden-Vürtenburq regionlarında qeydə alınıb. Berlində bu göstərici 6042 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti