Bakı. Trend:
Sinqapurda parkların birində insanlar arasında sosial məsafənin əməl olunmasına nəzarət edən robot işə salınıb.
Trend-in məlumatına görə, bununla bağlı olaraq hökumət pilot layihəyə start verib.
Layihə çərçivəsində “Spot” adlı dördayaqlı robot parkda 3 kilometrlik sahədə hərəkət edəcək. Bu müddət ərzində robotun üzərində sosial məsafəyə əməl olunmasının zəruriliyi barədə məlumat yayımlanacaq.
Bundan başqa, robot kameralar vasitəsilə ziyarətçilərin sıxlığı barədə məlumatları da toplayacaq.