...

ÜST koronavirusla mübarizə üçün tətbiqi işə salacaq

Dünya xəbərləri Materials 9 May 2020 07:21 (UTC +04:00)
ÜST koronavirusla mübarizə üçün tətbiqi işə salacaq

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ayda resursları az olan ölkələrdəki insanlarda koronavirusun əlamətlərinin olub-olmamasını qiymətləndirməyə imkan verən tətbiqi işə salacaq.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi bildirib.

Tətbiqdə xəstəliyin simptomları ilə bağlı sualları cavablandıra və koronavirusa yoluxma haqqında tövsiyələr ala biləcəklər. İstifadəçinin ölkəsinə əsaslanan proqram vətəndaşın koronavirus ilə bağlı testini harada və necə keçirə biləcəyi haqqında da məlumat verəcəkdir.

Bildirilib ki, Hindistan, Avstraliya və Böyük Britaniya epidemiya ilə mübarizədə kömək göstərəcək rəsmi tətbiqlərini artıq işə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti