...

Moskvada koronavirusdan ölənlərin sayı 1000 nəfəri ötüb

Dünya xəbərləri Materials 10 May 2020 02:15 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 1000 nəfəri ötüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 58 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 58 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 068 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti