...

İspaniya klubunun futbolçuları tətil elan etdi

Dünya xəbərləri Materials 13 May 2020 19:11 (UTC +04:00)
İspaniyanın “Elçe” klubunun futbolçuları və işçiləri əməkhaqlarının azaldılmasına etiraz olaraq tətil elan edib
İspaniya klubunun futbolçuları tətil elan etdi

Bakı. Trend:

İspaniyanın “Elçe” klubunun futbolçuları və işçiləri əməkhaqlarının azaldılmasına etiraz olaraq tətilə başlayıblar.

Trend-in məlumatına görə, futbolçular məşqlərə çıxmaqdan imtina ediblər.

Klub rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yaranmış maliyyə vəziyyəti ilə bağlı futbolçuların, eləcə də digər əməkdaşların əməkhaqqını 30 faiz azaldıb.

Qeyd edək ki, mart ayından etibarən pandemiya ilə əlaqədar bütün ölkələrdə, o cümlədən İspaniyada idman yarışları dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti