...

“Nissan” 20 mindən çox əməkdaşını ixtisar edə bilər

Dünya xəbərləri Materials 22 May 2020 12:02 (UTC +04:00)
“Nissan” 20 mindən çox əməkdaşını ixtisar edə bilər

Bakı. Trend:

Yaponiyanın “Nissan Motor” şirkəti 20 mindən çox əməkdaşını ixtisar edə bilər.

Trend-in məlumatına görə, bu, koronavirus pandemiyası ilə əlaqədar şirkətin mənfəətinin kəskin azalması ilə bağlıdır.

Mütəxəssislər hesab edir ki, ilk növbədə ixtisar “Nissan”ın Avropa regionunda və inkişaf etmiş dövlətlərdəki müəssisələrinə toxuna bilər.

Bundan başqa, konsern Yaponiya ərazisində öz istehsalını restrukturizasiya etməyi planlaşdırır.

Pandemiyanın səbəb olduğu böhranla əlaqədar “Nissan” 2022-ci ilədək istehsal gücünü 20 faiz azaltmağı nəzərdə tutur. Bu çərçivədə şirkət Barselonadakı zavodu bağlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti