...

Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib

Dünya xəbərləri Materials 26 May 2020 01:25 (UTC +04:00)
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 76 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 76 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda COVİD-19 virusuna 353 427 nəfər yoluxub, 3 633 nəfər ölüb, 118 798 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti