...

Yunanıstanda ABŞ səfirliyinə hücum edilib

Dünya xəbərləri Materials 4 İyun 2020 10:14 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinada ABŞ səfirliyinə hücum edilib
Yunanıstanda ABŞ səfirliyinə hücum edilib

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada ABŞ səfirliyinə hücum edilib.

Trend-in məlumatına görə, səfirlik yaxınlığında qaradərili Corc Floydun öldürülməsinə etiraz olaraq həmrəylik aksiyası keçirilib.

Aksiyanın gedişində bir qrup etirazçı səfirlik binasına yandırıcı maddələr və daş atıb. Binanın yaxınlığındakı bir neçə zibil qabı yandırılıb.

Polis etirazçılara qarşı səs qumbarası və gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar arasında saxlananların olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti