...

İspaniya iyulun 1-dən turistləri qəbul edə bilər

Dünya xəbərləri Materials 4 İyun 2020 11:47 (UTC +04:00)
İspaniya iyulun 1-dən turistləri qəbul edə bilər

Bakı. Trend:

İspaniya iyulun 1-dən etibarən turistləri qəbul edə bilər.

Trend-in məlumatına görə, bunu İspaniyanın nəqliyyat naziri Xose Luis Abalo deyib.

Nazir bildirib ki, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması templəri turizmin iyulun 1-də və hətta daha tez bərpa oluna biləcəyinə əsas verir.

Onun sözlərinə görə, hazırda İspaniya hökuməti koronavirus pandemiyasının yayılması baxımından təhlükəsizlik marşrutlarının yaradılması üzərində işləyir.

Qeyd edək ki, İspaniya koronavirus pandemiyasından ən çox zərər çəkmiş ölkələrdəndir. Bu günədək ölkədə 287 mindən çox şəxs koronavirusa yoluxub, 27 128 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti