...

Türkiyədən Afrikaya tibbi yardım

Dünya xəbərləri Materials 4 İyun 2020 12:31 (UTC +04:00)
Türkiyədən Afrikaya tibbi yardım

Bakı. Trend:

COVİD-19 epidemiyasından zərər çəkən Afrika ölkələrindən biri olan Nigerə tibbi yardım aparan hərbi təyyarə Ankaradan havaya qalxıb.

Trend-in məlumatına görə, Türkiyənin yeni növ koronavirus (COVİD-19) epidemiyasından zərər çəkən ölkələrə tibbi ləvazimat yardımları davam edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Türkiyə COVİD-19-la mübarizəyə dəstək məqsədilə Nigerə maska, qoruyucu kombinezon və eynək göndərib.

Səhiyyə Nazirliyi tərəfindən hazırlanan ləvazimatlar “Etimesgut” hərbi aerodromunda Türkiyə Silahlı Qüvvələrinə məxsus A-400M tipli nəhəng təyyarəyə yüklənib.

Nigerə yola düşmək üçün havaya qalxan təyyarənin apardığı yüklərin üzərində Mövlanənin türkcə və fransızca “Ümidsizliyin ardında necə ümidlər var, qaranlığın ardında necə günəşlər var” sözləri yazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti