...

Kaliforniyada təyyarə dağa çırpıldı, 3 nəfər öldü

Dünya xəbərləri Materials 6 İyun 2020 11:08 (UTC +04:00)
Kaliforniyada təyyarə dağa çırpıldı, 3 nəfər öldü

Bakı. Trend:

ABŞ-ın Redlands şəhərində (Kaliforniya ştatı) birmühərrikli təyyarə dağa çırpılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

İnsidentin təfərrüatları və qəzanın səbəbi barədə məlumat verilmir.

Qeyd edilir ki, qəza barədə ABŞ Mülki Aviasiya Federal İdarəsinə və Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şuraya məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti