Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 128 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 128 419 nəfər yeni koronavirusa yoluxub, 5 347 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 7 273 958, ölənlərin isə 413 372 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 485 245 yoluxma və 189 544 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 339 145, ölənlərin sayı isə 186 326 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 696 841 yoluxma və 15 581 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.