...

Tokioda sərnişin qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 12 İyun 2020 06:55 (UTC +04:00)
Tokioda sərnişin qatarı relsdən çıxıb

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokioda sərnişin qatarı relsdən çıxıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, insident Aoto stansiyasının yaxınlığında baş verib, relsdən çıxan qatar Narita hava limanına gedirmiş.

Bildirilir ki, insident nəticəsində ölən və xəsarət alan olmayıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti