...

Türkiyədə koronavirusdan daha 1 330 nəfər sağalıb

Dünya xəbərləri Materials 14 İyun 2020 21:35 (UTC +04:00)
Türkiyədə koronavirusdan daha 1 330 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 807 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 562 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 178 239 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 330 nəfər olmaqla 151 417 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 45 176 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti