Bakı. Trend:
ABŞ-ın Dallas şəhərində (Texas ştatı) "Galleria Dallas" ticarət mərkəzində atışma baş verib.
Trend-in "The Dallas Morning News" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerinə yerli vaxtla təxminən saat 18:45-də (iyunun 17-si saat 03:45) 10-dan artıq polis avtomobili cəlb edilib.
İnsidentin təfərrüatları və atışma nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.