...

Rusiyada 8 minə yaxın yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 19 İyun 2020 11:47 (UTC +04:00)
Rusiyada 8 minə yaxın yeni yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 7 972 nəfər virusa yoluxub, 181 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 569 063 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 841 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 324 406 nəfər virusdan sağalıb, 236 816 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti