Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 142 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 19-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 142 451 nəfər yeni koronavirusa yoluxub, 5 151 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 8 385 440, ölənlərin isə 450 686 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 092 526 yoluxma və 212 517 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 490 815, ölənlərin sayı isə 190 903 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 856 650 yoluxma və 19 041 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.