...

İranda koronavirusdan ölənlərin sayı 10 minə çatır

Dünya xəbərləri Materials 24 İyun 2020 14:07 (UTC +04:00)
İranda koronavirusdan ölənlərin sayı 10 minə çatır

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 133 nəfərin koronavirusdan (COVID19) ölməsi ilə indiyədək bu virusdan ölənlərin sayı 9 996 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, ötən 24 saat ərzində daha 2 531 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 212 501 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 869 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 172 096 nəfər koronavirusdan sağalıb.

İranda koronavirus diaqnozu ilə əlaqədar 1,5 milyondan çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti