...

Serbiyanın 20 bələdiyyəsində fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 24 İyun 2020 16:43 (UTC +04:00)
Serbiyanın 20 bələdiyyəsində fövqəladə vəziyyət elan edildi

Bakı. Trend:

Serbiyada davam edən daşqınlarla əlaqədar 20 bələdiyyədə fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər itkin düşüb.

Ümumilikdə, fəlakət zonasından 275 nəfər təxliyə olunub. 500-ə yaxın tikili su altında qalıb.

Bir sıra avtomobil yolları su altında qaldığı üçün bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib.

Daşqın zonasında axtarış-xilasetmə işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti