...

Türkiyədə koronavirusdan sağalanların sayı 165 min nəfəri ötüb

Dünya xəbərləri Materials 25 İyun 2020 23:37 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 165 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 046 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 458 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 193 115 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 472 nəfər olmaqla 165 706 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti