...

Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 41 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 28 İyun 2020 20:59 (UTC +04:00)
Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 41 nəfər xəsarət alıb

Bakı. Trend:

Türkiyənin Van əyalətində qeyri-qanuni miqrantları daşıyan mikroavtpbus qəzaya uğrayıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 41 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Avtobusda 22 Əfqanıstan vətəndaşı və 20 Pakistanlı olduğunu da bildirilib.

Qeyd edilir ki, qeyri-qanuni miqrantların daşınmasını təşkil edən iki nəfər polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti