...

Fəxrəddin Altun: Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır

Dünya xəbərləri Materials 29 İyun 2020 13:28 (UTC +04:00)
Fəxrəddin Altun: Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır

Bakı. Trend:

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyədə istirahət etməyin həm təhlükəsiz, həm də sağlıqlı olduğunu bildirib.

Trend-in məlumatına görə, F.Altun “Twitter” hesabında etdiyi paylaşımında Türkiyənin koronavirus epidemiyası ilə mübarizədə dünyanın ən çox müvəffəqiyyət əldə edən ölkələrindən biri olduğunu vurğulayaraq turizm sektorunda çox ciddi tədbirlər görüldüyünə diqqət çəkib:

“Koronavirus epidemiyası ilə mübarizədə dünyanın ən çox müvəffəqiyyət əldə edən ölkələrindən biri olduq. Həm milli, həm də beynəlxalq səviyyədə mübarizə apardıq. İndi də turizm sektorunda çox ciddi tədbirlər gördük. Hər kəs əmin olsun ki, Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti