...

İranda sutka ərzində koronavirusa 2 652 nәfәr yoluxub, 148 nəfər ölüb

Dünya xəbərləri Materials 2 İyul 2020 14:45 (UTC +04:00)
İranda sutka ərzində koronavirusa 2 652 nәfәr yoluxub, 148 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötәn sutka әrzindә daha 2 652 nәfәr koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 232 863 nәfәrә çatıb.

Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 148 nәfәr koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 11 106 nәfәrә yüksәlib.

Nazirlik rәsmisi indiyәdәk 194 098 nәfәrin koronavirusdan sağaldığını deyib. İranda indiyәdәk 1,71 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti