...

Türkiyə HHQ İraqın şimalında terrorçuların mövqelərinə zərbələr endirib

Dünya xəbərləri Materials 4 İyul 2020 09:42 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, zərbələr iki F-16 qırıcı təyyarəsi tərəfindən həyata keçirilib. İraqın şimalında Avaşin-Basyan rayonunda müəyyən edilən terrorçuların obyektləri hava zərbələri nəticəsində məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti