...

Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

Dünya xəbərləri Materials 5 İyul 2020 10:05 (UTC +04:00)
Dünyada koronavirus qurbanlarının sayı 530 mini ötüb

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 11,2 milyon nəfəri ötüb.

Tred-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 11 240 943 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 530 137 nəfəri vəfat edib.

Qeyd edilir ki, əm çox yoluxma halı ABŞ-da (2 839 436) və Braziliyada (1 577 004) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti