...

Tailandda xüsusi polis şöbəsi yaradılır - Turistlər koronavirusa görə yoxlanılacaq

Dünya xəbərləri Materials 6 İyul 2020 10:16 (UTC +04:00)

Bakı. Trend:

Tailand polisi turistlərdə yeni növ koronavirusun olub-olmadığının yoxlanılması ilə məşğul olacaq xüsusi işçi qrupu yaradır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təşəbbüs krallıq tərəfindən hava məkanının açılması üzrə hazırlıqlar fonunda həyata keçirilir.

İşçi qrupunun şəxsi heyəti dəniz və yol polisi bölmələri əməkdaşlarından formalaşdırılacaq. Turistlərin köməyə ehtiyacı olduğu halda polisə asanlıqla müraciət etmələrinə imkan verən mobil tətbiqin yaradılması da nəzərdən keçirilir.

Qeyd edək ki, Tailandda koronavirusa ilk yoluxma halı yanvarın 13-ü qeydə alınıb. Hazırda Tailandda 3190 nəfərdə koronavirus təsdiqlənib, onlardan 3 071 nəfəri sağalıb, 58 nəfər isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti