...

ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb

Dünya xəbərləri Materials 10 İyul 2020 18:49 (UTC +04:00)
ÜST ekspertləri koronavirusu araşdırmaq üçün Çinə yol düşüb

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bir qrup eksperti Çinə yol düşüb.

Trend-in məlumatına görə, bunu təşkilatın rəsmi nümayəndəsi Marqaret Harris brifinq zamanı deyib.

Ekspertlər Çində koronavirusun mənbəyinin müəyyənləşdirilməsi üzərində işlər aparacaq. Qeyd olunur ki, qrupun tərkibinə epidemioloqlar və zooloqlar daxildir.

Ekspert qrupupunun ilkin tapşırığı virusun heyvani mənbəyini dəqiqləşdirmək və onun heyvandan insana hans yolla keçdiyini müəyyənləşdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti