...

ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı

Dünya xəbərləri Materials 11 İyul 2020 17:16 (UTC +04:00)
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı

Bakı. Trend:

ABŞ-da koronavirusa yoluxma sayına görə növbəti dəfə rekord qeydə alınıb.

Trend-in məlumatına görə, ötən sutka ölkədə 66,6 mindən çox şəxs koronavirusa yoluxub.

Bir gün əvvəl bu rəqəm 63,2 mindən çox idi. Bundan başqa, daha 802 xəstə həyatını itirib.

Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 3,3 milyon nəfəri keçib. 137 minə yaxın xəstə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti