...

Vyetnamda koronavirusdan ilk ölüm qeydə alındı

Dünya xəbərləri Materials 31 İyul 2020 13:57 (UTC +04:00)
Vyetnamda koronavirusdan ilk ölüm qeydə alındı

Bakı. Trend:

Vyetnamda koronavirus infeksiyasından ilk ölüm faktı qeydə alınıb.

Trend-in məlumata görə, Dananq şəhərində 70 yaşlı xəstə virusun ilk qurbanı olub.

Ölkədə ilk ölüm faktı ilk yoluxma baş verdikdən 3 ay sonra qeydə alınıb.

Qeyd edək ki, Vyetnamda bu günədək 509 nəfər koronavirusa yoluxub. Bir neçə gün əvvəl Dananq şəhərində infeksiyanın yeni ocağı qeydə alınıb. Təkcə son bir həftə ərzində ölkədə 93 nəfər virusa yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti