...

Serbiya parlamentinin qarşısında etiraz aksiyası keçirilib

Dünya xəbərləri Materials 3 Avqust 2020 15:35 (UTC +04:00)

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda parlament binası qarşısında etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiyas yeni seçilmiş parlamentin ilk iclası zamanı baş verib.

Qeyd olunur ki, bir qrup etirazçı deputatların avtomobillərinin qarşısını kəsməyə çalışıb. Bəzi deputatlara yumurta atılıb.

Polis etirazçılardan bir nəfəri saxlayıb. İnsidentdən sonra parlamentdə deputatların andiçmə mərasimi baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti