...

Cənubi Koreyada torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Avqust 2020 08:25 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Koreyada güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində 4 nəfər ölüb, daha 1 nəfərin itkin olduğu bildirilir.

Trend-in məlumatına görə, bu barədə Yonhap agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə Seuldan 400 km cənubda yerləşən Kokson qəzasında baş verib. Torpaq sürüşməsi nəticəsində yer altında beş ev qalıb.

Ərazinin 30-a yaxın sakini yaxınlıqdakı məktəbə təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti