...

İranda koronavirusdan ölənlərin sayı 18 800 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 Avqust 2020 13:46 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 184 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 18 800 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda 2 345 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 331 189 nəfərə çatıb. Virus daşıyıcılarından 3 983 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi İranda indiyədək 288 620 nəfərin koronavirusdan sağaldığını deyib.

Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 2,73 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti