Bakı. Trend:
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 9 PKK terrorçusunu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.
Məlumata əsasən, əməliyyat Haftanin, Zap və Avaşin rayonlarında həyata keçirilib:
"Bununla da son 10 gündə Türkiyə silahlı qüvvələri tərəfindən zərərsizləşdirilən terrorçuların sayı 143 nəfərə çatıb".