...

Türkiyədə zəlzələ baş verib

Dünya xəbərləri Materials 24 Avqust 2020 06:52 (UTC +04:00)
Türkiyədə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Malatya vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Pütürge rayonunda, ocağı isə 11,89 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti