...

Tükiyədə meşə yanğınlarına görə 6 kənd təxliyə edilib

Dünya xəbərləri Materials 24 Avqust 2020 14:51 (UTC +04:00)
Tükiyədə meşə yanğınlarına görə 6 kənd təxliyə edilib

Bakı. Trend:

Türkiyənin Adana vilayətində meşə yanğınları davam edir.

Trend-in məlumatına görə, ötən gün başlayan yanğın təxminən 200 hektar əraziyə yayılıb.

Hadisə ilə əlaqdar 800 nəfər əhalisi olan 6 kənd təxliyə olunub. Yanğının bir çox yaşayış evinə və tikiliyə ziyan vurduğu deyilir.

Qeyd edək ki, ötən gün İzmirdə də meşə yanğını başlayıb. Yanğın Səfərihisar rayonundan başlayaraq ətraf bölgələrə yayılıb. Xəsarət alanların olmadığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti