...

Malidə hərbi qüvvələr keçmiş baş naziri azad edib

Dünya xəbərləri Materials 28 Avqust 2020 01:38 (UTC +04:00)
Malidə hərbi qüvvələr keçmiş baş naziri azad edib

Bakı. Trend:

Ötən həftə Malidə hakimiyyəti ələ keçirən hərbiçilər keçmiş baş nazir Bubu Sisseni azad edib.

Trend-in məlumatına görə, bu barədə "Le Journal du Mali" qəzeti bildirib.

Bildirilib ki, keçmiş baş nazirlə eyni vaxtda Mali Milli Assambleyanın (bir palatalı parlament) sədri Musu Timbin də azadlığa buraxılıb.

Onlar 18 avqust çevriliş günü hərbiçilər tərəfindən həbs edilib və ölkənin paytaxtı Bamako yaxınlığındakı Kati ordu bazasında saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti