Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayid əl-Nahayan İsrailə qarşı iqtisadi boykotun dayandırılması barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, boykotun ləğv olunması BƏƏ şirkətlərinə İsrail biznesi ilə ticarət və maliyyə əməliyyatları keçirməyə imkan verəcək.
Bundan başqa, İsraildən BƏƏ-yə məhsulların gətirilməsi, satışı və mübadiləsinə olan qadağa da ləğv edilir.
Qeyd edək ki, avqustun 13-də iki ölkə arasında münasibətlərin normallaşması barədə razılaşmanın əldə olunması barədə bəyanat verilmişdi.