...

Bağdadın hava limanı raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2020 02:27 (UTC +04:00)

Bakı. Trend:

İraqın paytaxtı Bağdad şəhərinin hava limanı raket hücumuna məruz qalıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava limanının ərazisinə üç raket düşüb.

Məlumata əsasən, raketlər Əbu-Qreyb rayonunndan atılıb. Raketlərdən biri avtomobil dayanacağına düşüb və 4 avtomobilə zərər dəyib.

Raket hücumu nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti