...

Rusiyada bir gündə 5500-dən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2020 11:55 (UTC +04:00)
Rusiyada bir gündə 5500-dən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,05 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 5 504 nəfər virusa yoluxub, 102 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 051 874 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 18 365 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 868 107 nəfər virusdan sağalıb, 165 402 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti