...

Moskvada koronavirusdan ölənlərin sayı 4 968 nəfərə çatıb

Dünya xəbərləri Materials 12 Sentyabr 2020 00:49 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 4 968 nəfərə çatıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4968 nəfərə çatıb.

Ümumilikdə Rusiyanın paytaxtında 269 777 koronavirus infeksiyasına yoluxma halları qeydə alınıb, 227 530 xəstə isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti