...

Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib

Dünya xəbərləri Materials 21 Sentyabr 2020 11:41 (UTC +04:00)
Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib

Bakı. Trend:

Çexiyanın Səhiyyə naziri Adam Voytex ölkədə koronavirusa yoluxma sayının kəskin artması fonunda istefa verib.

Trend-in məlumatına görə, bu barədə nazir özü açıqlama verib.

O, istefa ərizəsini Baş nazir Andrey Babişə təqdim etdiyini bildirib.

Qeyd edək ki, Çexiyada son günlərdə gündəlik 2 minə yaxın yoluxma qeydə alınır.

Bu günıədək ölkədə koronavirusa yoluxanların sayı 49 290 nəfərə çatıb, 503 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti