...

Rusiyanın koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək

Dünya xəbərləri Materials 26 Sentyabr 2020 16:33 (UTC +04:00)
Rusiyanın koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək

Bakı. Trend:

Rusiya istehsalı olan "Sputnik V" koronavirus vaksini yaxın zamanlarda uşaqlar üzərində sınaqdan keçiriləcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

Onun sözlərinə görə, sınaqlarda uşaqlar könüllülük əsasında iştirak edəcək. Prosesdə ilk mərhələdə böyük, daha sonra azyaşlı uşaqların iştirakı planlaşdırılır. Vaksin uşaqlara burun yolu ilə yeridiləcək.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə koronavirus vaksinini qeydiyyatdan keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti